Nərimanovda evdən pul oğurlandı


  • 13:07

Bakının Nərimanov rayonunda evlərin birindən oğurluq olub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək evindən 2000 avro, 100 dollar və 2700 qriven (113 manat) və 500 manat dəyərində qızıl-zinət əşyasının talanmasını bildirib.

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Qəbələ rayon sakini Y.Qrestsenyuk müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər

  • 29 Sentyabr 14:29
Cabir İmanov vəfat etdi
  • 28 Sentyabr 14:26
Suraxanıda sex yandı