Məzmuna keç

Bakıda liftdə köməksiz qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü uşaq olmaqla 9 nəfərə müvafiq köməklik göstərilib.