- 14:38
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.