Şəmkirdə avtomobil piyadanı vuraraq öldürdü


  • 5 Oktyabr 20:59

Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər