DİN: III MDB oyunlarının Mingəçevirdəki yarışları təhlükəsizlik şəraitində yekunlaşdı


  • 6 Oktyabr 18:56

III MDB oyunlarının Mingəçevirdə keçirilən yarışları təhlükəsizlik şəraitində yekunlaşıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, III MDB oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən yarışlar bu gün təhlükəsiz şəraitdə başa çatıb.

Bu müddət ərzində DİN-in əməkdaşları tərəfindən ictimai asayişin qorunması və hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz xidmət təşkil olunub.

Polisə edilən müraciətlərə operativ reaksiya verilib, həmçinin idmançıların, şəhərə gələn qonaqların və sakinlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.

Oxşar xəbərlər