Şirvanda ərinin 11 bıçaq zərbəsi vurduğu TƏBİB əməkdaşının vəziyyəti açıqlandı


  • 6 Oktyabr 22:08

“Həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb”.

E-huquq.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sosial hesabında paylaşıb.

O bildirib ki, xəsarət alan şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

Şirvan sakini, 1986-ci i təvəllüdlü Qambayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

E-huquq.az xəbər verir ki, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

Qeyd edək ki, L.Qambayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər