- 09:57
Türkiyədə narkotik vasitələrdən istifadəyə təşviq etmək ittihamı ilə dindirilmək üçün saxlanılan türk məşhurlar lazımi analizlər üçün Ədliyyə Tibb İnstitutuna gətirilib.
E-huquq.az xəbər verir ki, Dilan Polat, Engin Polat, Hadisə və İrem Derici də daxil olmaqla 19 məşhur narkoloji testlərdən keçirildikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, İstanbul Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında narkotik və ya stimullaşdırıcı vasitələrdən istifadə etməkdə təqsirləndirilən ictimai xadimlərə qarşı əməliyyat keçirilib.
***
09:54
Türkiyədə bir qrup tanınmış sənətçi narkotik maddələrin təşviqi şübhəsi ilə saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb.
İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Hadise Açıkgöz, İrem Derici, Dilan Polat, Engin Polat, Kubilay Aka, Kaan Yıldırım, Berrak Tüzünataç, Demet Evgar Babataş, Duygu Özaslan Mutaf, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu saxlanılıb.
Humay Eminqızı