- 09:54
Ağdamda 1 həftə əvvəl yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı nəvəsi ilə birgə yanıq xəsarəti almış qadın ölüb.
E-huquq.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə oktyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydə alınıb. Hadisə nəticəsində nənə və nəvəsi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.