Lənkəranda qardaş qardaşa kəsici alətlə xəsarət yetirdi


  • 8 Oktyabr 22:34

Lənkəranda bıçaqlanma hadisəsi olub.

E-huquq.az xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

O, dərhal əməliyyat blokuna alınıb.

İlkin məlumata görə Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər