Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var


  • 10 Oktyabr 09:11

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Xəsarət alanlar 25 yaşlı E.Abbasov, 30 yaşlı E.Huseynov, 25 yaşlı N.Huseynov və 20 yaşlı T.Orucovdur.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər