Bakı metrosunda sərnişin vəfat etdi


  • 09:56

Qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib.

Bu barədə e-huquq.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

"Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib", - qurumdan bildirilib.

Oxşar xəbərlər