Paytaxtda oğurluq edənlər saxlanıldı


  • 11:44

Binəqədi və Qaradağ rayonlarında ümumi dəyəri 700 manat olan iki ədəd velosiped oğurlanıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Paytaxt sakinlərinin ərazi polis orqanlarına etdikləri müraciət əsasında keçirilən tədbirlərlə oğurluqlarda şübhəli bilinən 48 yaşlı Ü.Qəhrəmanov və əvvəllər məhkum olunmuş 36 yaşlı F.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Oxşar xəbərlər