- 16:39
Bakıda yaşayış binasında mənzildə yanğın baş verib.
FHN-nin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 Yaşayış Kompleksində baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.