Məzmuna keç

Üç gün əvvəl Gəncədə mənzildə baş verən partlayışda xəsarət alan usta xəstəxanada öldü

Oktyabrın 9-da Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

E-huquq.az xəbər verir ki, ağır vəziyyətə xəstəxana yerləşdirilən usta – 1989-cu il təvəllüdlü Elnur Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, oktyabrın 9-da beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində E. Qurbanovdan əlavə bir nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.