- 12 Oktyabr 23:18
Oktyabrın 12-də saat 17 radələrində Bakı- Şamaxı yolunun 85-ci km-də qəza baş verib.
DİN Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, hadisə zamanı 90-KC-387 dövlət qeydiyyat nişanlı "Vaz"markalı avtomobil , 90-EE-321 dövlət qeydiyyat nışanlı "Mersedes" markalı avtomobil toqquşub.
"Vaz"ın sürücüsü xəsarət almışdır.
Faktla bağlı araşdırma aparılır.
DİN bir daha sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır, magistral yollarda qaydalara biganə yanaşmağın ağır yol nəqliyyat hadisələrinə gətirib çıxaracağını xatırladır.