- 7 Dekabr 23:24
Göygöl rayonunda ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qeydə alınıb.
Belə ki, "NİVA" markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.