Məzmuna keç

Samuxda yeniyetmə dəm qazından boğularaq öldü

Samuxda bədbəxt hadisə baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü V.Hacıyev yaşadığı evin vanna otağında çimən zaman dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.