- 12:28
Zərdabda “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
E-huquq.az xəbər verir ki, qəza nəticəsində azyaşlı T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.
Məlumata görə, azyaşlının babası İntiqam Məmmədov hadisə yerində ölüb.
Qəza nəticəsində Bıçaqçı kənd sakinləri Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam xəsarət alıb.
Qəzaya düşənlər hamısı bir ailənin üzvləridir.