Məzmuna keç

Astarada iki balıqçı itkin düşdü

Xəzər dənizində iki balıqçı itkin düşüb.

E-huquq.az xəbər verir ki, onlar Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün dənizə çıxıb və geri qayıtmayıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.