- 2 Mart 11:45
Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.
E-huquq.az xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü A. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, A. Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu, 2003-cü il təvəllüdlü İ. Cəfərov tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.