Bakıda oğul atasını öldürdü


  • 11 Dekabr 22:44

Bakının Sabunçu rayonu ərazisində yaşadıqları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib.

E-huquq.az xəbər verir ki, dekabrın 11-də axşam saatlarında 2006-cı təvəllüdlü Ayxan Vəlizadə atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Polis cinayət əməlində şübhəli bilinən A.Vəlizadəni saxlayıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər