- 12:42
Xorvatiyada miqrant qayığının aşması nəticəsində 3 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Zaqrebdən təxminən 200 kilometr cənub-şərqdə baş verib.
Ötən gün səhər saatlarında Slavonski Brod yaxınlığındakı Sava çayında miqrantları daşıyan qayıq aşıb. Qayıqda olan 14 sərnişindən 3-nün öldüyü bildirilir.
Qayıqda 12 Çin vətəndaşı və bir türk əsilli şəxsin olduğu bildirilib.
Xilas edilənlər arasında keçidi təşkil edən Bosniya vətəndaşı da olub.
Sağ qalanların hamısına tibbi yardım göstərilib və şəxsiyyətləri müəyyən edilib.
Xorvatiya polisinin açıqlamasına görə, xilasetmə əməliyyatı bir neçə saat davam edib. Sağ qalan 11 nəfər xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə