Naxçıvanda dəm qazı zəhərlənməsi şübhəsi ilə xəstəxanaya daxil olan 23 qadın evə buraxıldı - YENİLƏNDİ


  • 20:25

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olan 23 qadın evə buraxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova deyib.

O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və onlar uzun müddət müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabilləşdikdən sonra evə buraxılıblar.

***

Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

E-huquq.az xəbər verir ki hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.

İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.

Mənbə: Report

Oxşar xəbərlər