Xırdalanda baş vermiş yanğında iki nəfər xəsarət aldı


  • 00:56

Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, hündürmərtəbəli binanın 10-cu mərtəbəsində olub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər