Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı


  • 17:00

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 260, o cümlədən borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Oxşar xəbərlər