Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanıldı


  • 17:52

"Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda həyat yoldaşını öldürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi başlanılıb.

E-huquq.az xəbər verir ki, Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə dekabrın 17-də rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun həyat yoldaşı Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Z.Abbasov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Oxşar xəbərlər