Beyləqanda azyaşlı quyuya düşərək öldü


  • 14:25

Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib. Kənd sakini 2023-cü il təvəllüdlü Uğur İmanzadənin evin həyətindəki kanalizasiya quyusuna düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Mənbə: APA

Oxşar xəbərlər