DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı


  • 18:05

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 3 alışdırıcı, 1 tüfəng, 14 patron darağı və 182 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Oxşar xəbərlər