Avtomobil 78 yaşlı qadını vuraraq öldürdü


  • 09:34

Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Dünən saat 17:30 radələrində yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə saat 03:00 radələrində xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər