Axtarışda olan 285 nəfər saxlanıldı


  • 10:38

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 285, o cümlədən borclu şəxs qismində axtarışda olan 255 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Oxşar xəbərlər