Goranboyda bir ailənin üç üzvü qidadan zəhərləndi


  • 19:15

Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib.

E-huquq.az xəbər verir ki,hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kənd sakinləri, 1965-ci il təvəllüdlü S.Həmidova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların balıq yedikdən sonra özlərini pis hiss etdiyi bildirilir.

Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər