Masazırda evdə baş verən yanğın söndürüldü - YENİLƏNDİ


  • 20:08

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

***

19:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər