- 19:01
Bakının Xəzər rayonunda mağazada yanğın olub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ümumi sahəsi 70 m² olan avtomobil sürtkü yağları mağazasının yanar konstruksiyaları yanıb.
Bitişik tikillilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.