- 20:43
Bakının Yasamal rayonunda restoranda yanğın olub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ümumi sahəsi 220 m² olan restoranın mətbəxində 1 ədəd kondisioner və 2 ədəd soyuducu yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.