- 11:04
Tovuz rayonunda göldən qadın meyiti aşkarlanıb.
E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Ağdam kəndi ərazisində yerləşən göldə qeydə alınıb. Göldən orta yaşlı qadına məxsus meyit tapılıb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Hazırda qadının kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.