Bakıda 29 kq marixuana aşkarlandı


  • 15:29

Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar.

Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.

Oxşar xəbərlər

  • 31 Dekabr 2025 18:06
Bakıda mağazada yanğın oldu