Sumqayıtda ahıl kişi dəm qazından boğularaq ölüb


  • 21:50

Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Bağırov Abbasəli Mansur oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər