DİN ötən gün aşkar olunan silah-sursatların sayı açıqladı


  • 3 Yanvar 18:34

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Oxşar xəbərlər