Astarada ağır yol qəzasında ölənlərin kimliyi məlum oldu - YENİLƏNDİ


  • 4 Yanvar 00:15

Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a bildirilib ki, S.Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb.

Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb. Araşdırma aparılır.

***

Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, mikroavtobusun qəzaya uğraması nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova vəfat edib.

Xəsarət alan digər şəxslər xəstəxanadan evə buraxılıb.

***

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

İlkin məlumata görə hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzaya düşənlərin toy məclisinə getdikləri bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər