Gədəbəydə fermada meyit tapıldı


  • 5 Yanvar 11:46

Gədəbəydə fermada 66 yaşlı kişinin meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, hadisə yanvarın 4-də Novo Saratovka kəndində qeydə alınıb. Kənd sakini 1960-cı il təvəllüdlü Aleksandr Dmitriyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti çoban işlədiyi fermada tapılıb.

İlkin məlumata görə, 66 yaşlı kişi ürək tutmasında ölüb.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər