Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq öldü


  • 6 Yanvar 00:22

Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.

Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər