- 21:47
Paytaxtın Nəsimi rayonunda mağazadan meyit tapılıb.
E-huquq.az xəbər verir ki, hadisə ötən gün saat 19 radələrində Məmmədcəfər Cəfərov küçəsində (metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı) baş verib.
Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Seymur Vaqif oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti oradakı mağazada tapılıb.
Faktla bağlı araşdırma aparılır.