- 08:45
Qusar rayonunda 3 nəfər dəm qazından zəhərlənib.
E-huquq.az xəbər verir ki, bu gün saat 01 radələrində 1962-ci il təvəllüdlü Riman Əlisultanov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Əlisultanov yaşadıqları Əniq kəndindəki evdə dəm qazından zəhərləniblər.
R.Əlisultanov hadisə yerində ölüb.
Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.
Araşdırmalar aparılır.