Astarada “Niva” mopedlə toqquşdu


  • 7 Yanvar 21:18

Astarada yol qəzasında ər-arvad xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbə ərazisində qeydə alınıb. Astaranın Hamuşam kənd sakini Eldar Şabanovun idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi həmin rayonun Şüvi kənd sakini Muxtar Manaf oğlu Rəhimovun idarə etdiyi mopedlə toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı, Bakı şəhər sakini Lalə Xanlar qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və onlara ilkin tibbi yardım göstərilib.

Qəzada xəsarət alan L.Aslanovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər