- 9 Yanvar 22:02
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.
Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.
Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
***
Uzun müddətdir narkotik asılılığından əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı həbs edilib.
E-huquq.az xəbər verir ki, Elnur Nəbizadə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Polisin keçirdiyi əməliyyat nəticəsində E.Nəbizadə və onunla birlikdə daha iki nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
İki gün əvvəl tutulan E. Nəbizadə və digər şəxslər barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumatı E.Nəbizadənin vəkili Anar Qasımlı saytımıza təsdiqləyib.
Qeyd edək ki, bu barədə ilk məlumatı yenilik.az saytı yayıb.