- 10 Yanvar 22:15
Goranboyda 55 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
E-huquq.az xəbər verir ki, Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi ev 10 ünvanında yaşayan 1970-ci il təvəllüdlü İsmayılzadə Namiq Nemət oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mərhum həmin gün Rusiyadan Azərbaycana qayıdıb. Evinə çatdıqdan bir müddət sonra hamam otağına girib və dəm qazından boğularaq ölüb.