- 10 Yanvar 22:15
Ağdaşda ölümlə nəticələnən avtoqəza baş verib.
E-huquq.az xəbər verir ki, 1968-ci il təvəllüdlü, Ağdaş rayon sakini Hacıyev Ramis Əsgər oğlu idarə etdiyi "VAZ 2101" minik markalı avtomobillə Yuxarı Ləki kəndi ərazisində yolu keçən piyada - 1966-cı il təvəllüdlü Şərifov Əvəz Hümmət oğlunu vurub.
Sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.