Fövqəladə Hallar Nazirliyi güclü küləklə bağlı əhaliyə xəbərdarlıq etdi


  • 10 Yanvar 15:02

Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə bəzi ərazilərdə gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Bu barədə e-huquq.az nazirliyin rəsmi saytına istinadən xəbər verir.

Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir

Oxşar xəbərlər