- 07:30
Gəncədə peşə məktəbinin həyətində tələbənin meyitinin tapılması ilə bağlı rəsmi araşdırma başlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
"12 yanvar 2026-cı il tarixində Röyal Vüqar oğlu Bayramov səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb. Hadisə dərhal qeydə alınıb, o, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır.
Hadisənin təfərrüatı araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq", - deyə bildirilib.