Bakıda binada yanğın, 30 nəfər təxliyə edildi - YENİLƏNİB


  • 16:14

Bakının Binəqdədi rayonunda binada baş verən yanğında 30 nəfər təxliyyə edilib, 3 nəfər xilas olunub.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərərargah rəisi İlqar Nəsibov deyib.

O bildirib ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi ilə əlaqədar əraziyə FHN-in qüvvələri cəlb olunub:

"Slavyan Universitetinin məcburi köçkünlərinin yaşadığı yataqxananın eyvanında yanar konstruksiyalar yanıb, 30 nəfər təxliyyə olunub, 3 nəfər xilas edilib, xəsarət alan yoxdur".

Binəqədi rayonunda binada baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

***

Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın başlayıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər